15 May 2024
İrandakı etirazların canlı simvolu QƏTLƏ YETİRİLDİ - FOTO + VİDEO

İrandakı etirazların canlı simvolu QƏTLƏ YETİRİLDİ - FOTO + VİDEO

26 Sentyabr 2022
Baxış: 462

İranda polislər 20 yaşlı Hədis Nəcəfini qətlə yetiriblər.

AJMEDİA.İNFO Milli.az-a istinadən bildirir ki, Hədis İrandakı indiki etiraz aksiyalarının canlı simvolu sayılırdı.

O, Əxlaq Polisi idarəsində Məhisa Əminini qətlə yetirilməsindən sonra küçələrə, etiraz aksiyalarına, mitinqlərə və nümayişlərə çıxmış iranlı qadınlar arasında ən fəallardan biri idi.

Hədisin saçlarını yığdığı anların əks olunduğu video sosial şəbəkələrdə ildırım sürətilə yayılmışdı.

İdkin məlumatlara görə, polislər Hədis Nəcəfiyə 6 dəfə atəş açıblar.

O, sinəsindən, boynundan və üzündən aldıtı yaralardan həlak olub.