10 May 2024
İranda tikinti sahəsində qəza baş verib, ölən və yaralananlar var

İranda tikinti sahəsində qəza baş verib, ölən və yaralananlar var

20 Noyabr 2021
Baxış: 513

İranın mərkəzindəki Qəzvin əyalətində tikintidə istifadə olunan metal ayaqlığın çökməsi nəticəsində azı 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin əyalət üzrə icraçı direktoru Hüseyn Asəfi bildirib.

“Hadisə tikilməkdə olan buğda silosunda baş verib. Metal ayaqlığın qırılması və baş verən çökmə nəticəsində 13 nəfər dağıntılar altında qalıb, onlardan biri ölüb", - H.Asəfi deyib.

O əlavə edib ki, yaralılar yerli tibb mərkəzlərinə çatdırılıblar.