14 May 2024
İranda qadınlara bunlar da QADAĞAN OLUNDU - ABSURD QƏRAR

İranda qadınlara bunlar da QADAĞAN OLUNDU - ABSURD QƏRAR

10 May 2022
Baxış: 405

Bu yaxınlarda İran mediası xəbər yayıb ki, İranın Məşhəd şəhərindəki qadın gözəllik salonlarında insanların qeyri-ənənəvi paltarlar geyinməsi, habelə dırnaq qaynağı və bədənin gizli yerlərinə tatuların vurulması və epilyasiyası qadağandır.

AJMEDİA.İNFO-nun məlumatına görə, “Dideban-e İran” saytı məlumatlı mənbəyə istinadən yazıb ki, bu göstəriş İranın Yaxşı İşlərə Dəvət Etmə və Pis İşlərdən Çəkindirmə Qərargahının əmri ilə və epilyasiyanın "böyük günah" hesab edilməsi səbəbilə verilib.

Eyni zamanda bu xəbərdarlığa baxmayaraq, bəzi qadın gözəllik salonlarının qadağan olunmuş xidmətləri davam etdirməsi barədə məlumatlar yayılıb. Bəzi mənbələr qadağanın Məşhədlə məhdudlaşmadığını, digər əyalət və şəhərlərdə də oxşar xəbərdarlıqların edildiyini bildiriblər.

Mənbə: Azad İran