14 May 2024
İranda bir həftə ərzində düyünün qiyməti kəskin bahalaşdı - FOTO

İranda bir həftə ərzində düyünün qiyməti kəskin bahalaşdı - FOTO

05 Yanvar 2022
Baxış: 530

Ötən həftə İran hökumətinin bəzi əsas ərzaq məhsullarından alınan verginin dəyərinin 9 % artırmasının ardından ölkədə düyünün qiymətində kəskin artım müşahidə edilib.

AJMEDİA.İNFO xəbər verir ki, “Azad İran” “Telegram” kanalı xəbər verir ki, Babol Düyü Satıcıları Birliyinin rəisi Həsən Tağızadə yanvarın 4-də “İLNA” agentliyinə açıqlamasında ötən bir həftə ərzində ölkədə düyünün qiymətinin 10-20 %-ə qədər bahalaşdığını vurğulayaraq deyib ki, qiymətin artması ilə bu məhsulun tədarükü də azalıb.

Onun sözlərinə görə, istehsalçılar və əkinçilər hazırda istehsal etdikləri məhsullarını satıblar və istehsal olunan düyünün 80 faizi vasitəçilərin və böyük mağaza şəbəkələrinin əlindədir.

Xatırladaq ki, ötən həftə İbrahim Rəisi hökuməti ölkədə bir sıra əsas ərzaq məhsullarından alınan verginin 9 % artırılması ilə bağlı tapşırıq verib. Bu da təbii olaraq onsuz da böyük bir hissəsinin yoxsulluq həddinin altında əzilən xalqın yaşayışını bir az daha çətinləşdirir.

Teqlər: İran