14 May 2024
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçu EDAM EDİLƏCƏK - FOTO

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçu EDAM EDİLƏCƏK - FOTO

02 Oktyabr 2023
Baxış: 473

İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.

Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.