14 May 2024
İrana qarşı şok anlaşma: Proses sürətləndi – Generaldan müharibə mesajı

İrana qarşı şok anlaşma: Proses sürətləndi – Generaldan müharibə mesajı

02 Sentyabr 2022
Baxış: 410

“Boeing”in çoxfunksiyalı KC-46 yanacaqdoldurma təyyarələri İsrail ordusunun İrana qarşı gələcək hər hansı əməliyyat üçün lazım olan köhnə yanacaqdoldurma təyyarə parkını əvəz edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.

Nəşr qeyd edir ki, İran və ABŞ arasında nüvə sazişinin imzalanması ehtimalı yüksək olduğu üçün İsrail Hərbi Hava Qüvvələri (HHQ) 927.5 milyon dollar dəyərində 4 ədəd KC-46 almaq üçün “Boeing”lə müqavilə imzalayıb.

2025-ci ildə gəlməyə başlayacaq dörd yeni təyyarə İsrail HHQ-nin köhnəlmiş “Re'em Boeing 707” parkını əvəz edəcək. Sövdələşməyə təyyarə xidmətlərinə dəstək, texniki xidmət və təmir, logistika və ehtiyat hissələri daxildir.

Qəzet bildirir ki, yeni müqavilə ABŞ-İsrail ittifaqını və HHQ-ni daha da gücləndirəcək.

“Boeing”in İsrail ofisinin rəhbəri və HHQ-nin keçmiş komandanı İdo Nexuştan deyir ki, KC-46A-lar ölkənin milli təhlükəsizliyi və regional sabitliyi təmin etmək səylərinə fayda verəcək.

Alınan yeni yanacaqdoldurma təyyarələri F-35 eskadronunun, helikopterlərin, sualtı gəmilərin və qabaqcıl döyüş vasitələrinin, eləcə də bütün HHQ-nin həm yaxın, həm də uzaq məsafədə təhlükəsizlik problemlərinin öhdəsindən gəlmələrinə imkan verəcək.

İsrail HHQ bir neçə il idi ki, sözügedən təyyarələri almaq istəsə də, proses müəyyən səbəblərdən uzanırdı. Vaşinqton və Tehran arasında yeni nüvə sazişinin imzalanması ehtimalının artması isə prosesi sürətləndirib.

İsrail ordusunun baş Qərargah rəisi general-leytenant Aviv Koçavi 2015-ci il nüvə sazişinin yenidən canlandırılmasını təhlükəli hesab etdiyini açıq şəkildə bildirib. General nüvə proqramını dayandırmaq üçün yeri gələrsə, İrana zərbə endirə biləcəklərini də söyləyib.(teleqraf.com)