12 May 2024
İrana qarşı bu ölkədə ETİRAZLAR BAŞLADI - ŞOK SƏBƏB

İrana qarşı bu ölkədə ETİRAZLAR BAŞLADI - ŞOK SƏBƏB

12 Aprel 2022
Baxış: 575

Əfqanıstanda İran əleyhinə aksiya keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, aksiyalar Kabul, Xost, Herat da daxil olmaqla, bir neçə şəhərdə keçirilib.

İranda əfqanlara pis münasibətə etiraz edən etirazçılar Herat şəhərindəki İran konsulluğunun qapısını yandırıblar.

Yerli təhlükəsizlik xidmətləri bir neçə nümayişçini saxlayıb.

Kabulda İran səfirliyi qarşısına toplaşan aksiyaçılar İrandan əfqanlara qarşı zorakılığa son qoyulmasını tələb ediblər. Onlar əfqanlar üzərində zorakılığı əks etdirən videodan narazılıqlarını bildiriblər.

İran səfirliyi isə yayılan videoda məqsədin İran və Əfqanıstan arasında münasibətlərin korlanmasına cəhd adlandırıb.