12 May 2024
İrana məxsus yük maşını Zəngəzurda QƏZAYA DÜŞDÜ - YARALILAR VAR

İrana məxsus yük maşını Zəngəzurda QƏZAYA DÜŞDÜ - YARALILAR VAR

09 Sentyabr 2021
Baxış: 571

Zəngəzurda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO erməni mediasına istinadla xəbər verir ki, bu gün səhər İrəvan-Mehri yolunun 329-cu kilometrliyində Qafan istiqamətində hərəkət edən İrana məxsus “Scania” markalı yük maşını qarşı yola çıxaraq “QazEl” markalı sərnişin mikroavtobusu ilə toqquşub.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qacarandakı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, İran maşınları sözügedən yolda vaxtaşırı qəzaya uğrayır.

Faktla bağlı araşdırma aparılır.