01 May 2024
İran yeni raket və dronlarının sınağı üçün İsrailə müharibə ELAN EDƏCƏK - ŞOK İDDİA

İran yeni raket və dronlarının sınağı üçün İsrailə müharibə ELAN EDƏCƏK - ŞOK İDDİA

06 Aprel 2022
Baxış: 543

“İran rejimi özünün yeni raket və dronlarını sınaqdan keçirmək üçün İsraillə yeni müharibəyə başlamaq niyyətindədir”.

AJMEDİA.İNFO “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, İranın bəzi ərəb ölkələrinin liderləri ilə İsrail arasında keçirilən “Negev Toplantısı”ndan narazılığına dair əlamətlər var.

İranın bölgədə güc nümayişinə ehtiyacı var və Həmasdan istifadə edərək Ramazan ayında İsrailə qarşı müharibəyə başlamaq fikrindədir.

Məlumata görə, aprelin 4-də Həmas və digər proksi qruplaşmalar Ramazan ayı başlayandan bəri Qüdsdə fələstinlilərlə İsrail arasında gərginliyi artırıb.

Həmas qruplaşmasına yaxın media qurumları bazar günü axşam İsrailin xarici işlər naziri və digər dövlət rəsmilərinə qarşı gərginliklə nəticələnən təhrikedici addımlara əl atıblar.

Qeyd edək ki, İran bölgədə bir sıra proksi qruplaşmaları dəstəkləyərək həm region, həm də dünya üçün böyük təhdid yaradır.(Azad İran)