13 May 2024
İran XİN rəsmisi: "Azərbaycanın ağzına bir yumruq vurmalıyıq"  - FOTO

İran XİN rəsmisi: "Azərbaycanın ağzına bir yumruq vurmalıyıq" - FOTO

29 Oktyabr 2021
Baxış: 1644

“Bakının ağzına bir yumruq vurmalıyıq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İran XİN-nin eksperti, yazıçı Ehsan Mövəhhedian öz Tvitter səhifəsində yazıb. O, yük maşınları ilə Rusiyaya yüklərin göndərilməsi probleminin həllində İran hökumətini acizlikdə günahlandırıb.

Mövəhhedianın Azərbaycanı təhdid edən paylaşımında deyilir:

Hazırda orada (Xəzərdə) 50-dən az gəmimiz var, əksəriyyəti köhnəlmiş və yalnız balıq tutmaq üçün yararlıdır, lakin Bakının ağzına bir yumruq vurmalıyıq”.

Bu günə qədər İranın boş-boş təhdidlərinə görə bölgədə təklənməyindən savayı heç nə görmədik, Mövəhhedian kimilərinin təhdidi də Bakını qorxudan deyil, həmin yumruq öz ağızlarına dəyə bilər.

Qeyd edək ki, Ehsan Mövəhhedian Türk dünyasına nifrət bəsləyənlərdən sayılır.

(Konkret.az)