14 May 2024
İran "Taliban"a dəstək verdi, “İslam Əmirliyi” ADLANDIRDI

İran "Taliban"a dəstək verdi, “İslam Əmirliyi” ADLANDIRDI

16 Avqust 2021
Baxış: 1096

İranın Taliban qruplaşmasına göstərdiyi hərtərəfli dəstək tam gücü ilə davam edir.

AJMEDİA.İNFO xəbər verir ki, bu dəfə İranın Xarici İşlər vəzirinin köməkçisi Rəsul Musəvi Taliban terror təşkilatını “İslam Əmirliyi” adlandırıb. O, Heratda fəaliyyət göstərən iranlı diplomatlar və Baş Konsulluğun işçilərinin son proseslər zamanı heç bir zərər görmədiyi barədə məlumat verərkən bu şəhərin hal-hazırda “İslam Əmirliyi”nin nəzarətinə keçdiyini deyib. Rəsul Musəvi habelə qeyd edib ki, “şəhəri idarə edən qüvvələr” (Taliban) diplomatik nümayəndəliklər və onların işçilərinin əmniyətini təmin etməklə bağlı öhdəlik götürüblər.

Qeyd edək ki, Molla Ömərin rəhbərliyi altında Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirəndə dövlətin adını “Əfqanıstan İslam Əmirliyi” elan etmişdi. Bu hökuməti yalnız azsaylı ölkələr rəsmi olaraq tanımışdı və İranın adı həmin ölkələr sırasında deyil idi.

Amma son illər ərzində Tehranın Talibana münasibətdə mövqeyi dəyişib və İran bu qruplaşmaya hər cür dəstək göstərir.(konkret.az)