13 May 2024
"İran səfirliyinin qarşısına aftafa qoyulması tərbiyəsizlikdir" - Hüquqşünas Aslan İsmayılov "OD PÜSKÜRDÜ" - FOTO

"İran səfirliyinin qarşısına aftafa qoyulması tərbiyəsizlikdir" - Hüquqşünas Aslan İsmayılov "OD PÜSKÜRDÜ" - FOTO

01 Oktyabr 2021
Baxış: 1404

İran səfirliyi qarşısında törədilmiş tərbiyəsizlik İranın dövlət atributlarına hörmətsizlikdən başqa ilk növbədə Azərbaycan dövlətinə qarşı düşmənçilikdir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

Aslan İsmayılov fikrini belə izah edib:

"Birincisi, heç bir, o cümlədən qonşu dövlətin rəmzlərinə qarşı, bizə düşmən münasibətinə baxmayaraq, hörmətsizlik etmək olmaz. Bu, o hərəkəti edənlərin mədəniyyət göstəricisidir. İkincisi, bu addımı atanlar fars hakimiyyətinə İranda yaşayan azərbaycanlılar arasında bizə qarşı düşmən münasibətinin təbliğ etməsinə fürsət verir. Bu isə yolverilməzdir. Bu hərəkətin təxribat olması ehtimalını da yüksək sayıram.

Ona görə də hesab edirəm ki, müvafiq strukturlar hadisəni hərtərəfli araşdırmalı, bu addımı atanları və onları buna sövq edənləri qısa müddətdə müəyyən edib cəzalandırmalıdır. Bu günə qədər qonşu dövlətlərarası münasibətləri lağ-lağıya çevirmək heç kimə uğur gətirməyib".

Qeyd edək ki, dünən uzun müddətdir İran dövlətinin Azərbaycana qarşı apardığı qərəzli siyasətə etiraz əlaməti olaraq Azərbaycanın İrandakı səfirliyinin qarşısına naməlum şəxs və ya şəxslər tərəfindən İran bayrağının rənglərində 3 aftafa qoyulub.

Çağatay Noqay

AJMEDİA.İNFO