14 May 2024
İran Prezidenti Paşinyanla görüşdü - Nələrdən danışdılar?

İran Prezidenti Paşinyanla görüşdü - Nələrdən danışdılar?

17 Sentyabr 2021
Baxış: 534

İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanları yayıb.

Məlumata əsasən, görüş Tacikistanda baş tutub.

Görüş zamanı İran Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında fasiləsiz yükdaşımaların təşkilini və bölgədəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək məqsədilə Düşənbə şəhərində səfərdədir.