08 May 2024
İran nüvə razılaşmasından sonra sanksiyaların ləğv ediləcəyinə ümid edir

İran nüvə razılaşmasından sonra sanksiyaların ləğv ediləcəyinə ümid edir

21 Sentyabr 2021
Baxış: 522

İran nüvə anlaşması ilə bağlı danışıqlar prosesinin bu ölkəyə qarşı sanksiyaların ləğv olunmasına səbəb olacağına ümid edir.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.

"İran hesab edir ki, danışıqlar faydalı bir vasitədir və nəticədə bütün sanksiyaların ləğvinə səbəb olacaq", - deyə o bildirib.

Raisi onu da qeyd edib ki, dərman idxalına mane olan bütün sanksiyalar və hərəkətlər qanunsuz sayılır.