08 May 2024
"İran nüvə dövləti olmaq ərəfəsindədir, buna imkan verə bilmərik" - Yair Lapid

"İran nüvə dövləti olmaq ərəfəsindədir, buna imkan verə bilmərik" - Yair Lapid

13 Sentyabr 2021
Baxış: 605

“İran demək olar nüvə silahına sahib olmağın bir addımlığındadır. Lakin Tehran anlamalıdır ki, bu cür fəaliyyətlər cavabsız qalmayacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid RİA “Novosti”yə müsahibəsində deyib.


Onun sözlərinə görə, Qərbin İrana münasibətdə hazırkı strategiyası və Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) effektli deyil, Vyanada danışıqlar yoxdur, HBFP işləmir, Tehrana qarşı sanksiyalar isə yetərli deyil.

“İran vaxt qazanmağa çalışaraq əslində öz nüvə proqramını zənginləşdirir. İran nüvə dövləti olmaq ərəfəsindədir. Biz buna imkan verə bilmərik”, - deyə XİN başçısı vurğulayıb.