14 May 2024
İran Azərbaycana NOTA VERDİ

İran Azərbaycana NOTA VERDİ

14 Noyabr 2022
Baxış: 449

Azərbaycan səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

AJMEDİA.İNFO “RİA Novosti” “Telegram”-a istinadən xəbər verir ki, ona “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Tehrandakı səfiri İran XİN-ə çağırılıb. Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi göstərilib.(oxu.az)