14 May 2024
İnformasiya təhlükəsizliyi bazarının həcmi pandemiya dövründə yüksələcək

İnformasiya təhlükəsizliyi bazarının həcmi pandemiya dövründə yüksələcək

22 İyul 2020
Baxış: 603

İqtisadiyyatın bir çox sahələrinə dağıdıcı təsir göstərən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə qlobal informasiya təhlükəsizliyi bazarının həcmi yüksələcək.

AJM "Canalys" analitik şirkətinə istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, ən yaxşı ssenaridə cari ilin nəticəsinə görə qlobal kibertəhlükəsizlik xərcləri 5,6 faiz artaraq 43,1 milyard dollar təşkil edəcək. Ən pis ssenaridə isə informasiya təhlükəsizliyi bazarının həcmi 2,5 faiz artaraq 41,9 milyard dollar təşkil edəcək.

İnformasiya təhlükəsizliyi bazarı haqqında danışan mütəxəssislər “endpoint security” müdafiəsi, şəbəkə təhlükəsizliyi, elektron poçt, veb-trafik və məlumatların qorunması, kibertəhlükəsizliyin təhlili və informasiya itkilərinin müdafiəsi üçün texnologiyaları nəzərdə tuturlar.