14 May 2024
İndoneziyada COVID-19-a yoluxanların sayı artmaqda davam edir

İndoneziyada COVID-19-a yoluxanların sayı artmaqda davam edir

25 İyun 2020
Baxış: 416

İndoneziyada koronavirusa yoluxanların sayı ümumilikdə 50 mini ötüb.

AJM xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində daha 1178 nəfərin koronavirusa yoluxduğu rəsmi təsdiq olunub ki, bununla da ölkə üzrə həmin xəstələrin ümumi sayı 50 min 187 nəfərə çatıb. Həmçinin son məlumatlarda ötən sutkada COVID-19-a yoluxmuş 47 xəstənin həyatını itirdiyi də bildirilir. Beləliklə, İndoneziyada koronavirus pandemiyasından ölənlərin ümumi sayı 2620 nəfərdir.

Teqlər: İndoneziya