13 May 2024
“İmam Mehdi gələndə gərək birinci İrandan başlasın” - Siyavuş Novruzovdan Tehrana SƏRT SÖZLƏR

“İmam Mehdi gələndə gərək birinci İrandan başlasın” - Siyavuş Novruzovdan Tehrana SƏRT SÖZLƏR

21 Oktyabr 2022
Baxış: 331

“Otuz il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"İşğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır. İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur", - o əlavə edib.

Deputat bildirib ki, bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutudur.