14 May 2024
İlon Mask HƏMAS-ın dəvətini QƏBUL ETMƏDİ

İlon Mask HƏMAS-ın dəvətini QƏBUL ETMƏDİ

29 Noyabr 2023
Baxış: 353

Amerikalı biznesmen İlon Mask HƏMAS qruplaşmasının Qəzzaya səfər etməklə bağlı dəvətini qəbul etməyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı biznesmen öz “X” hesabında paylaşıb.

O, hazırda belə bir səfəri təhlükəli adlandırıb: “Bu hazırda bir qədər təhlükəli görünür. Lakin düşünürəm ki, Qəzzanın uzunmüddətli çiçəklənməsi bütün tərəflərin xeyrinə olacaq”.

Xatırladaq ki, İ.Mask noyabrın 27-si İsrailə səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu və Prezident İshak Hersoqla görüşüb. Bunun ardınca HƏMAS nümayəndələri onu Qəzza zolağına səfərə dəvət ediblər.