10 May 2024
"İlon Mask ABŞ prezidenti olacaq, Almaniya-Fransa müharibəsi başlayacaq..." - Medvedevin İLGİNC 2023 PROQNOZLARI

"İlon Mask ABŞ prezidenti olacaq, Almaniya-Fransa müharibəsi başlayacaq..." - Medvedevin İLGİNC 2023 PROQNOZLARI

27 Dekabr 2022
Baxış: 283

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2023-cü ilə dair proqnozlarını bölüşüb.

AJMEDİA.İNFO bildirir ki, o, bu barədə “Telegram” kanalında paylaşım edib.

Sözügedən fikirlər isə sosial mediada gündəm olub, ABŞ, Böyük Britaniya, İran və digər ölkələrin siyasətçiləri, jurnalistləri proqnozu şərh ediblər.

“Bu, indiyə qədər eşitdiyim ən absurd proqnozdur",- iş adamı İlon Mask bildirib.

Gündəm olan həmin siyahını təqdim edirik:

1. Neftin qiyməti 150 dollar/barelə qalxacaq, qazın qiyməti isə 1000 kubmetr üçün 5 min dolları keçəcək.


2. Böyük Britaniya Avropa Birliyinə qayıdacaq.


3. Böyük Britaniya geri qayıtdıqdan sonra Aİ "çökəcək", avro Aİ-nin keçmiş valyutası kimi dövriyyədən çıxacaq.


4. Polşa və Macarıstan "keçmiş Ukrayna"nın qərb bölgələrini işğal edəcək.


5. Almaniya ərazisi və onun “peyklərini” – Polşa, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, həmçinin “Kiyev Respublikası” və digər xaric edilmişləri əhatə edən Dördüncü Reyx yaradılacaq.


6. Fransa ilə Dördüncü Reyx arasında müharibə başlayacaq. Avropa bölünəcək, Polşa isə yenidən bölüşdürüləcək.


7. Şimali İrlandiya Böyük Britaniyadan ayrılaraq materik İrlandiyaya qoşulacaq.


8. ABŞ-da vətəndaş müharibəsi başlayacaq. Texas müstəqil dövlət olacaq və Meksika ilə birlik dövləti təşkil edəcək. Vətəndaş müharibəsi bitdikdən sonra Respublikaçılar Partiyasına veriləcək bir sıra ştatlarda prezident seçkilərində İlon Mask qalib gələcək.


9. Bütün əsas fond bazarları ABŞ və Avropadan Asiyaya keçəcək.


10. “Bretton Woods” pul sistemi çökəcək və bu, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının dağılmasına gətirib çıxaracaq. Avro və dollar qlobal ehtiyat valyuta kimi dövriyyədən çıxacaq. Bunun əvəzinə rəqəmsal fiat valyutaları aktiv şəkildə istifadə ediləcək.(sfera.az)