Bakının bu ərazilərində QAZ OLMAYACAQ
10 saat əvvəl“İlham Əliyevlə Soçi və Brüsseldəki görüşlər bir-birilə ziddiyyət təşkil etmir” - PAŞİNYAN
24 Noyabr 2021
Baxış: 595
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın vasitəçiliyilə noyabrın 26-da Soçidə və Avropa İttifaqının vasitəçiliyilə dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlər bir-birilə ziddiyyət təşkil etmir.
AJMEDİA.İNFO xəbər verir ki, bu fikri o, onlayn mətbuat konfransı zamanı səsləndirib.
“Brüssel və Soçi görüşlərini bir-birinə qarşı qoymaq cəhdləri var. Burada heç bir ziddiyyət yoxdur. Çünki bizim tərəfdaşlarımızın faydalı ola biləcək vasitəçiliyindən imtina etməyə haqqımız yoxdur. Biz vəziyyəti sabitləşdirmək üçün onların kömək etmək istəyindən, bilik və təcrübəsindən istifadə etməliyik”, - deyə Paşinyan bildirib.