14 May 2024
İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM

İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM

22 İyul 2022
Baxış: 398

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilir.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirməlidir.