14 May 2024
İlham Əliyev Zəfər Günü münasibətilə hərbçiləri TƏBRİK ETDİ

İlham Əliyev Zəfər Günü münasibətilə hərbçiləri TƏBRİK ETDİ

07 Noyabr 2022
Baxış: 356

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzulidə Zəfər Günü münasibətilə hərbçiləri təbrik edib.

AJMEDİA.İNFO xəbər verir ki, dövlət başçısı Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbçilərlə birgə foto çəkdirib.

Prezident İlham Əliyev hərbçiləri 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.