10 May 2024
İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə BAŞSAĞLIĞI VERDİ

İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə BAŞSAĞLIĞI VERDİ

30 Noyabr 2021
Baxış: 535

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

AJMEDİA.İNFO xəbər verir ki, başsağlığında deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyevin açıqlamasına görə, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.