14 May 2024
İlham Əliyev  5,6 milyon manatlıq SƏRƏNCAM İMZALADI

İlham Əliyev 5,6 milyon manatlıq SƏRƏNCAM İMZALADI

30 İyul 2021
Baxış: 632

Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Prezident.az məlumat yayıb.

Sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.