14 May 2024
İki müsəlman ölkəsi Tehrana qarşı birləşdi - İrana AĞIR ZƏRBƏ

İki müsəlman ölkəsi Tehrana qarşı birləşdi - İrana AĞIR ZƏRBƏ

13 İyul 2021
Baxış: 717

Səudiyyə Ərəbistanı və Oman İranın nüvə və raket proqramlarına qarşı əməkdaşlıq məsələsində razılığa gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Oman Sultanı Heysəm bin Tariqin Səudiyyə Ərəbistanına səfərindən sonra iki ölkə birgə açıqlama verib.

Açıqlamada Səudiyyə Ərəbistanı və Omanın bölgəni qeyri-sabitliyə səbəb olan bütün fəaliyyətlərdən uzaqlaşdırmaq üçün İranın nüvə və raket proqramları ilə əlaqədar ciddi və təsiredici əməkdaşlıq barədə razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, keçmiş Oman Sultanı Qabus bin Səidin ölümündən sonra, bu ilin yanvarın 11-də onu əvəz edən Heysəm bin Tariq ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Dünən iki günlük səfər üçün Səudiyyə Ərəbistanına gələn Sultan Heysəm Kral Salman bin Əbdüləzizlə görüşüb.