07 May 2024
İcra başçısının sahibkarlıq fəaliyyətinə imkan vermədiyi yəhudi ailəsi Bakıda etiraz aksiyası keçirdi - VİDEO

İcra başçısının sahibkarlıq fəaliyyətinə imkan vermədiyi yəhudi ailəsi Bakıda etiraz aksiyası keçirdi - VİDEO

15 İyun 2022
Baxış: 747

Yevlax şəhərində İcra Hakimiyyətindən və icra başçısından şikayətçi olan yəhudi ailəsi ilə bağlı xəbər vermişdik.

AJMEDİA.İNFO xəbər verir ki, Yevlax şəhər sakinləri Edit Arkadyevna Süleymanova və həyat yoldaşı Süleymanov Vaqif Yadulla oğlu bu gün Azərbaycan Respublikası Milli Məclisinin qarşısında dinc etiraz aksiyası keçiriblər. Vətəndaşlar səlahiyyətli şəxslərin onları üzləşdikləri problemlə bağlı dinləməsi üçün bu addımı atmağa məcbur olublar.

Edit Süleymanova bildirib ki, Yevlax şəhərinin icra başçısı Anar Tağıyev aidiyyəti bütün qurumlardan razılıq olsa da, onların sahibkarlıq fəaliyyətinə imkan vermir.

Vaqif Süleymanov isə qeyd edib ki, problemlə bağlı cənab Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəfələrlə məktub göndəriblər. Lakin məktublar ünvanına çatdırılmayıb.

Ailə özlərindən başqa 14 ailənin də bu məsələ ilə bağlı maddi çətinliklə üzləşdiyini qeyd edib.

Ətraflı videoda: