14 May 2024
İcra başçısı: “İntihar edən qazi Elvin Cəfərov dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdu”

İcra başçısı: “İntihar edən qazi Elvin Cəfərov dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdu”

12 İyul 2022
Baxış: 722

“İntihar edən qazi Elvin Cəfərov əvvəlki dövrlərdə dəfələrlə qəbulumda olub. Nə vaxt gəlibsə, qəbul etmişəm. Son zamanlar ondan xəbərim olmayıb. Elvin Cəfərovun nə tələbi olubsa, hamısı həyata keçirilib, qayğı ilə əhatə olunan qazilərdən biri olub”.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bunu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib.

S.Cabbarovun sözlərinə görə, E.Cəfərov ictimai işlərə cəlb olunubmuş: “Mənzil növbəsində idi. Üzərində iş gedir...”

O bildirib ki, qazi özünü icra hakimiyyətinin inzibati binasının deyil, Mədəniyyət Evinin qarşısında yandırıb: “Məsələ ilə hüquq mühafizə orqanları məşğuldur. Özünü niyə yandırdığı araşdırmadan sonra bilinəcək. O, Maştağada dispanserdə qeydiyyatda olub, intihar etməsi dövlətin diqqətsizliyi ucbatından olmayıb. Bunu siyasiləşdirmək düzgün deyil”.(pravda.az)