14 May 2024
“Hirslənib qulağını kəsib, nə cəza? Bura Norveçdir?” – Baş redaktordan tacik terrorçularla bağlı ŞOK AÇIQLAMA

“Hirslənib qulağını kəsib, nə cəza? Bura Norveçdir?” – Baş redaktordan tacik terrorçularla bağlı ŞOK AÇIQLAMA

02 Aprel 2024
Baxış: 242

Rusiyanın “Russia Today” telekanalının erməniəsilli baş redaktoru Marqarita Simonyan “Crocus City Hall” kompleksindəki terakta görə saxlanılan taciklərə işgəncə verilməsinə haqq qazandırıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Kremlin təbliğatçısı rolunda çıxış edən erməniəsilli baş redaktorun videomüraciəti NEXTA tərəfindən yayılıb.

Simonyanın sözlərinə görə, o, çox ümid edir ki, “özünü saxlaya bilməyən” və bu səbəbdən də məhbuslardan birinin qulağını kəsən təhlükəsizlik əməkdaşına cəza verilməyəcək.O bildirib ki, bu mövqeyinə görə tənqidi hücumları qətiyyən vecinə almır, çünki rusiyalıların əksəriyyəti kədərli durumdadır: “Bura sizin üşün Norveç deyil. Əgər Norveçi istəyirsinizsə, ora gedin”.

Eyni zamanda o, xatırladıb ki, Norveçdə terrorçu Anders Breyvik 2011-ci ildə onlarla insanın ölümünə səbəb olan terror aktları törədib. Törətdiyi cinayətə görə o, 21 il həbs cəzası alıbş Norveç qanunlarına görə, bu, ən yüksək cəzadır.

Simonyan “fitness və kompüter oyunları”na çıxışı olan norveçli terrorçunun saxlanma şəraitini də tənqid edib. “Bu, lazımdırmı? Bu, olmayacaq!”.(konkret.az)