13 May 2024
Hərbi təyyarə yaşayış binasına ÇIRPILDI - Ölən və yaralananlar var + VİDEO

Hərbi təyyarə yaşayış binasına ÇIRPILDI - Ölən və yaralananlar var + VİDEO

09 İyun 2022
Baxış: 360

Çin ordusuna məxsus “J-7” reaktiv qırıcı təyyarəsi Hubey əyalətində yaşayış binasına çırpılıb.

AJMEDİA.İNFO xəbər verir ki, ilkin məlumata görə, insident nəticəsində iki nəfər yaralanıb, bir nəfər həlak olub.

Qırıcının pilotu paraşütlə tullanaraq xilas ola bilib.

Hərbi təyyarənin binaya çırpılması nəticəsində binada yanğın başlayıb.

Hadisə yerinə tibb işçiləri, yanğınsöndürənlər və xilasedicilər cəlb ediliblər.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: JET News