30 Aprel 2024
Hərbi prokurorun müavini vəzifəsindən azad edilib

Hərbi prokurorun müavini vəzifəsindən azad edilib

04 Mart 2022
Baxış: 473

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.