12 May 2024
HƏMAS lideri İsraillə əsirləri dəyişməyə hazır olduğunu BİLDİRDİ

HƏMAS lideri İsraillə əsirləri dəyişməyə hazır olduğunu BİLDİRDİ

02 İyun 2021
Baxış: 529

HƏMAS-ın Qəzza bölgəsi üzrə lideri Yəhya əs-Sinvar İsraillə əsirlər məsələsini müzakirə etməyə hazır olduqlarını bildirib.

AJMEDİA.info xəbər verir ki, o, HƏMAS-ın İsraillə əsirləri dəyişə biləcəyini qeyd edib.

Yəhya əs-Sinvar bildirib ki, Misir danışıqlarda vasitəçi kimi iştirak edə bilər.

Qeyd edək ki, Yəhya əs-Sinvar özü də İsraildə əsir kimi 22 il həbsdə olub. O, 2011-ci ildə İsrail əsgəri Gilad Şalidlə dəyişdirilib.