12 May 2024
HƏMAS-la müharibənin İsrailə vurduğu zərər AÇIQLANDI

HƏMAS-la müharibənin İsrailə vurduğu zərər AÇIQLANDI

20 Fevral 2024
Baxış: 272

Fələstinin HƏMAS radikal qruplaşması ilə uzun sürən müharibə 2023-cü ilin dördüncü rübündə İsrailin ÜDM-inin illik 20 faiz (19,4 faiz) azalmasına səbəb olub.


AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” (TOI) qəzeti Mərkəzi Statistika Bürosunun ilkin qiymətləndirməsinə istinadən məlumat yayıb.

HƏMAS ilə müharibənin başlaması İsrail iqtisadiyyatında 2020-ci ilin aprel-iyun aylarından bəri ən kəskin rüblük tənəzzülə gətirib çıxarıb. Belə ki, bu, koronavirus pandemiyası nəticəsində ölkənin ÜDM-inin təxminən 30 faiz azaldığı dövrü ilə müqayisə edilib. Ekspertlər ümumilikdə 2023-cü ilin oktyabr-dekabr aylarında İsrail iqtisadiyyatının rüblük olaraq 5,2 faiz azaldığını bildiriblər.

Bu dinamikaya bir sıra amillər təsir edib. Əsas xərclər arasında işlərini tərk etməli olan 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırılması, eləcə də ölkənin şimal və cənub sərhəd bölgələrindən təxliyə edilmiş 120 mindən çox israilli üçün hökumətin maliyyələşdirdiyi mənzil tikintisi də var.

Bundan əlavə, İordan çayının qərb sahilindən fələstinli işçilərin İsrailə girişinə qoyulan məhdudiyyətlər də iqtisadi böhranın pisləşməsinə səbəb olub. Sonuncu vəziyyət son nəticədə ölkədə kadr çatışmazlığının daha da pisləşməsinə səbəbdir.

Qeyd edək ki, bundan əvvəl Vaşinqton Beynəlxalq Maliyyə İnstitutunun (IIF) analitikləri qlobal iqtisadi artımın 2023-cü ildəki 3,1 faizdən 2024-cü ildə 2,4 faizədək azalacağı və İsraillə HƏMAS arasında münaqişənin mənfi inkişafı ilə bağlı proqnoz vermişdilər. Öz növbəsində Yaxın Şərqdə baş verən əsas hadisələri nəzərə alaraq, ekspertlər bu ilin dekabr ayının sonunadək qlobal ÜDM artımının 2,8 faizədək azalacağını proqnozlaşdırıblar.