10 May 2024
Helikopter qəzaya uğrayıb, pilot ölüb

Helikopter qəzaya uğrayıb, pilot ölüb

04 Aprel 2023
Baxış: 663

İsrailin şimal-qərbində yerləşən Netaniya şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, helikopterdə yalnız pilot olub. Hadisə yerinə gələn həkimlər onu dağıntılar altından çıxararaq köməklik göstərməyə çalışsalar da, pilot aldığı xəsarətlərdən keçinib. Hadisənin səbəbləri barədə hələ məlumat verilməyib.