14 May 2024
Həbsdə olan, sabiq icra başçısı ECMO cihazına qoşuldu

Həbsdə olan, sabiq icra başçısı ECMO cihazına qoşuldu

20 Sentyabr 2021
Baxış: 425

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazına qoşulub.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə onun vəkili məlumat verib.

O bildirib ki, M.Quliyevin səhhətində irəliləyiş yoxdur:

“ECMO cihazına qoşulu vəziyyətdədir. Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.