15 May 2024
Hacıqabulda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Hacıqabulda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanıldı

22 Noyabr 2021
Baxış: 587

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki,onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.