13 May 2024
Hacıbala Abutalıbovun oğlu müğənni Seda Sayanın doğulduğu binanı SATIN ALDI - FOTO

Hacıbala Abutalıbovun oğlu müğənni Seda Sayanın doğulduğu binanı SATIN ALDI - FOTO

02 Sentyabr 2021
Baxış: 712

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Türkiyənin tanınmış müğənnisi Seda Sayanın doğulduğu evin binasını satın alıb.

AJMEDİA.İNFO-nun Demokrat.az-a istinadla məlumatına görə, sözügedən bina İstanbulun Yeşilköy bölgəsində yerləşir.

İsrafil Abutalıbov həmin binanı təmir etdirərək özünə ofis yeri seçib.

Hacıbala Abutalıbovun oğlunun Seda Sayanın sənətinin vurğunu olduğu deyilir.

Bundan əlavə, İsrafil Abutalıbovun xanımının çadralı geyimdə oğlunu İstanbulda məktəbə gətirib-aparması məktəb direktorunun etirazına səbəb olub. Əvəzində isə İsrafil Abutalıbov azyaşlı oğlununun təhsil aldığı həmin məktəbi tam təmir etdirib.

Qeyd edək ki, İsrafil Abutalıbov Türkiyədə Cənubi Azərbaycandan olan türk işadamı kimi "Abu Bəkir" adı ilə biznes fəaliyyətilə məşğul olur.