12 May 2024
Gürcüstan və Ukrayna NATO görüşünə dəvət oldu

Gürcüstan və Ukrayna NATO görüşünə dəvət oldu

15 Noyabr 2021
Baxış: 384

Gürcüstan və Ukrayna NATO və tərəfdaş ölkələrin XİN rəhbərlərinin görüşünə dəvət olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Nazir bu dəvəti NATO yolunda irəliləyən adıçəkilən ölkələrdə müşahidə edilən inkişafın rəsmən tanınması kimi qiymətləndirib və alyansa inteqrasiya istiqmətində müsbət addım adlandırıb.

Qeyd edək ki, NATO və tərəfdaş ölkələrin XİN rəhbərlərinin görüşü 30 noyabr – 1 dekabr tarixlərində Riqada keçiriləcək.