15 May 2024
Güclü külək binanın dam örtüyünü uçurdu

Güclü külək binanın dam örtüyünü uçurdu

01 Dekabr 2021
Baxış: 534

Güclü külək Bərdədə fəsadlar törədib.

Külək Bərdə şəhərinin Nizami Gəncəvi küçəsində çoxmərtəbəli binanın dam örtüyünü uçurub.

Hadisə baş verən ərazidə qeyri-sabit hava şəraiti davam edir.