13 May 2024
Güc, yenilik, ölümcüllük. İsrail ordusu “Eitan” zirehli transportyorunu təqdim edib

Güc, yenilik, ölümcüllük. İsrail ordusu “Eitan” zirehli transportyorunu təqdim edib

14 İyun 2022
Baxış: 624

İsrail Müdafiə Nazirliyi iyunun 14-də İsrail dizaynlı misilsiz yeni təkərli zirehli transportyor “Eitan”ın seriyalı istehsala buraxıldığını elan ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, Müdafiə Nazirliyinin “Merkava və Rakam” İdarəsi Tel HaŞomer bazası ərazisindəki “Merkava” zavodunda “Eitan”ın ilkin partiyasının kütləvi istehsalına başlayıb.

Eitan” yaxın günlərdə hərbi qüvvələr briqadasında xidmətə təhvil veriləcək.

Səkkiz təkərli zirehli transportyor yolsuzluq şəraitində, səhrada və kobud ərazidə istifadə üçün nəzərdə tutulub. Müdafiə Nazirliyi “əsgərlərimizi ən yaxşı döyüş əməliyyatları və müdafiə vasitələri ilə təmin edəcəyini” bəyan edib.


Nəsimi Əbilov