10 May 2024
Gorus-Qafan yolunun üzərində qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olundu

Gorus-Qafan yolunun üzərində qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olundu

15 Noyabr 2021
Baxış: 582

Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın Ermənistanla sərhədində, Gorus-Qafan yolunun üzərində Qubadlının Eyvazlı kəndində yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olunub.

AJMEDİA.İNFO xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində DSX ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları xidmət aparır.

Media nümayəndələrinə məlumat verilib ki, postdan İran İslam Respublikasına məxsus nəqliyyat vasitələri gömrük nəzarət məntəqəsindən qeydiyyatdan keçdikdən sonra buraxılır. Bildirilib ki, gün ərzində təxminən 50-ə yaxın tük avtomobili sərhəddən buraxılır.

İranlı sürücülər jurnalistlərlə söhbətində mövcud durumdan razı olduqlarını bildiriblər. Onlar qeyd edib ki, nəzərdə tutulan dövlət rüsumu ödənildikdən sonra rahat şəkildə yollarına davam edirlər.

Ərazidə həmçinin DSX-nin təlim keçən itlərindən də istifadə olunur.

Məntəqə yenidən qurulandan sonra və keçid üçün dövlət rüsumu tətbiq ediləndən (noyabrın 10-dan) Ermənistan vətəndaşları olan sürücülər yaxınlaşmayıb. Çünki belə olacağı təqdirdə onların xarici pasportlarına Azərbaycan möhürü vurulmalıdır.

Mediatur çərçivəsində həm də Zəngilan rayonunun Qazançı kəndindəki nəzarət-buraxılış məntəqəsinə də baş çəkilib. Qeyd olunub ki, əgər Ermənistan vətəndaşları həmin məntəqədən keçmək istəməsələr alternativ yolla getmək istədikləri ünvana 3 saat əlavə vaxt itirməklə gedə biləcəklər.

Xatırladaq ki, hər iki nəzarət-buraxılış məntəqəsindən hələlik Ermənistan vətəndaşları istifadə etməyib.