ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi
10 saat əvvəlGömrük təmsilçisi olmaq istəyən 65 nəfərdən cəmi 1-i uğur qazana bildi
10 Dekabr 2021
Baxış: 467
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti, sayca 17-ci imtahan keçirilib.
AJMEDİA.İNFO bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, imtahan prosesində qurumun imtahan komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri də iştirak edib.
DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov çıxış edərək gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsində əsas məqsədin bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə, beynəlxalq standartlara uyğunlaşdırılması olduğunu diqqətə çatdırıb. Baş İdarə rəisi Komitənin bu günə qədər keçirdiyi imtahanların səmərəli təşkilindən və effektivliyindən söhbət açaraq, iştirakçılara uğurlar arzulayıb.
İxtisas attestatının əldə edilməsi üçün keçirilən imtahanda gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan 30 şirkətdən 65 nəfər iştirak edib, onlardan 1 nəfər uğurlu nəticə qazanıb.