14 May 2024
Generala yeni VƏZİFƏ VERİLDİ - Müdafiə nazirindən ƏMR

Generala yeni VƏZİFƏ VERİLDİ - Müdafiə nazirindən ƏMR

30 Dekabr 2021
Baxış: 582

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir.