09 May 2024
Gənclik xalqın inkişafının təməlidir, ölkənin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin təminatçısıdır - David Seliverstov

Gənclik xalqın inkişafının təməlidir, ölkənin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin təminatçısıdır - David Seliverstov

02 Fevral 2024
Baxış: 853

Bu gün Azərbaycanda Gənclər Gününü qeyd edir.

.

“Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri, “Magen David Azərbaycan”nın direktoru David Seliverstov AJMEDİA.İNFO-a Gənclər günü ilə bağlı fikirlərini bölüşüb.

.

Dahi Heydər Əliyev Azərbaycan gəncliyini müasir dünyanın nailiyyətləri səviyyəsinə qaldırmaq, onları müstəqil, demokratik, hüquqi və sivil dövlət quruculuğu işinə cəlb etmək kimi mühüm vəzifə qoydu. Ümummilli lider dəfələrlə vurğulamışdır ki, gənclərimizin əsas məsuliyyəti ölkəmizin çiçəklənməsinə, Azərbaycanın müstəqilliyinə sədaqətinə sadiq olmaqdan ibarət olmalıdır. Azərbaycan Gənclərinin müvafiq təşkilatlar qarşısında qoyulan prioritet vəzifələrdən biri də gənclərin dövlət siyasətinin həyata keçirilməsindən ibarət olmuşdur. Gənclərin hərtərəfli inkişafı üçün təsirli tədbirlərin görülməsi, o cümlədən mövcud problemlərin tez və səmərəli həllinə köməklik göstərilməsidir. 1997-ci ildə ümummilli lider Heydər Əliyev fərman imzalamışdır, 2 Fevral - Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu, o cümlədən “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması, “Gənclər siyasəti haqqında” Qanunun qəbulu və digər tədbirlər Azərbaycanda müasir gənclər siyasətinin əsasını Heydər Əliyevin qoymasından xəbər verir. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

.

Gənclik xalqın inkişafının təməlidir, ölkənin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin təminatçısıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır, müstəqil dövlətimizin gələcək inkişafı isə intellektual gənclərin yetişdirilməsindən asılıdır.

.

Sonda David Seliverstov Azərbaycan gənglərini Gənclər günü münasibətiylə təbrik edərək onların dövlət gənclər siyasəti sahəsində əldə olunan uğurlar gənclərin cəmiyyətin mütərəqqi qüvvəsinə çevrilməsinə töhfə verdiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı sayəsində bu gün Azərbaycanda intellektual gənclər yetişməsini. formalaşmasını, milli təfəkkürə malik olan və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamasını bildirmişdir.