15 May 2024
Gəncədə ana və övladı daş hasarın altında qaldı

Gəncədə ana və övladı daş hasarın altında qaldı

19 Mart 2022
Baxış: 624

Gəncədə güclü küləyin fəsadlarından ana və azyaşlı qızı xəsarət alıb.

AJMEDİA.İNFO xəbər veri ki, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Güclü külək nəticəsində yolun kənarında dayanan ana və azyaşlı qızının üzərinə evin divarına çəkilmiş üz daşları düşüb.

Nəticədə hər iki şəxs ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. publika.az