14 May 2024
Gəncə İcra Hakimiyyətində əməliyyat keçirildiyi TƏSDİQLƏNDİ - RƏSMİ

Gəncə İcra Hakimiyyətində əməliyyat keçirildiyi TƏSDİQLƏNDİ - RƏSMİ

04 Mart 2024
Baxış: 298

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki saxlanılan yoxdur.

AJMEDİA.İNFO xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı məlumatı təkzib edilib.