10 May 2024
Fuad Oktay: “İrəvanla münasibətlərin normallaşma prosesi Bakı ilə koordinasiya şəraitində həyata keçəcək”

Fuad Oktay: “İrəvanla münasibətlərin normallaşma prosesi Bakı ilə koordinasiya şəraitində həyata keçəcək”

18 Dekabr 2021
Baxış: 529

“Türkiyə Can Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək başlatdığı Vətən müharibəsini və haqlı mübarizəsini qətiyyətlə dəstəkləyib”.

AJMEDİA.İNFO xəbər verir ki, Bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bəyan edib.

Azərbaycan torpaqlarında 30 ilə yaxın davam edən erməni işğalına son qoyulduğunu xatırladan F.Oktay bunun uzun illərdən sonra regionda daimi sülh və sabitliyin bərqərar olması istiqamətində çalışmaq üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

“Biz bunun sülhsevər nəticələrini Ermənistanla bağlı son proseslərlə birlikdə görürük. Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz “3+3” formatında Regional Əməkdaşlıq Platformasının ilk iclası ötən həftə keçirilib. Ankara təkcə Türkiyə-Ermənistan deyil, bütün regionda münasibətlərin normallaşması arzusunda səmimidir. Təbii ki, belə bir proses ehtiyatla və Ermənistanın atacağı addımlardan asılı olaraq Azərbaycanla sıx koordinasiya şəraitində həyata keçiriləcək”, - deyə Fuad Oktay bildirib.