14 May 2024
Feysbukda kişiləri soyan "gəlin" dəstəsi saxlanıldı

Feysbukda kişiləri soyan "gəlin" dəstəsi saxlanıldı

17 Sentyabr 2021
Baxış: 514

Rusiyada qız adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən polis əməkdaşları avropalı kişi istifadəçilərin pulunu mənimsəyib.

Saxlanılan qrupun bütün üzvləri Mari El Respublikasının Yoşkar-Olinski şəhərinin sakinləridir. Onların arasında qadın da var. Aldadılan şəxslər isə Böyük Britaniya, Almaniya, İrlandiya, Litva və Latviya vətəndaşlarıdır.

Qrup tərəfindən kirayə götürülən üç ofisdə aparılan araşdırmalar nəticəsində kompyuterlər, əlaqə nömrələri, bank hesab nömrələri, mobil telefonlar müsadirə olunub.

Hazırda araşdırmalar davam edir. (7news)