14 May 2024
Fələstin və HƏMAS İsraildə qurulan yeni hökumətlə bağlı AÇIQLAMA YAYDI

Fələstin və HƏMAS İsraildə qurulan yeni hökumətlə bağlı AÇIQLAMA YAYDI

14 İyun 2021
Baxış: 725

İsraildə koalisiya hökuməti qurulduqdan sonra Fələstin və “Həmas” açıqlama yayıb.

AJMEDİA.info xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin hökuməti İsraildə yeni koalisiya hökuməti qurulduqdan sonra onlara qarşı münasibətdə cüzi dəyişiklik gözlədiklərini bildirib.

Həmas sözçüsü Fevzi Barhum da öz növbəsində İsrail hökumətinin dəyişməsindən asılı olmayaraq, İsrailə qarşı müqavimət göstərilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, İsraildə ötən həftələrdə “Yamina” partiyası lideri Naftali Bennett və “Yesh Atid” partiyasının lideri Yair Lapid rəhbərliyi altında koalisiya hökuməti qurulub.